Bakıda SOCAR Tower Azərbaycanda və Qafqaz regionunda ən hündür binadır. Bina, göydələn, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) baş qərargahıdır. SOCAR Tower, Heydər Əliyev prospektində, əsas hava limanından Bakı şəhərinin mərkəzinə gedən yolda görünən uzun bir yolda yerləşir. Möhtəşəm və əzəmətli binanın tikintisində istifadə olunan bəzi məhsullar Diler İnşaat QSC şirkəti tərəfindən təmin edilib. Paytaxtda öz modern tikinti üslubu ilə fərqlənərək və xüsusi gözəlliyi ilə seçilən yeni inzibati bina müasir beynəlxalq standartlara cavab verir.
Layihənin daxili tikintisində istifadə olunan məhsulların bir hissəsi Diler İnşaat QSC şirkəti tərəfindən təmin edilib.
2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. ARDNŞ-nin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb.
Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb.
Paytaxtda öz modern tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcək. 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.
Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri Şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır.
Azərbaycanda ilk dəfə olaraq, burada fasadın təmizlənməsi və servisi İKU avtomatik təmizləmə sistemi vasitəsi ilə həyata keçiriləcək. 2200 nəfərin rahat çalışması üçün nəzərdə tutulmuş bina "bir şaxtada iki lift" prinsipinə əsaslanan TWIN – əkiz kabinəli liftlər, havalandırma, elektrik lövhələri, avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunacaq. Binaya 220 nəfərdən ibarət texniki heyət xidmət göstərəcək.