Tikinti materialları

Tikinti materialları almaq prosesi artıq yorucu və ağır bir iş deyil. Bundan sonra material, nisbətən ucuz qiymət axtarışında bütün şəhəri gəzməli olmayacaqsınız. Həmçinin çatdırılma və boşaltma barəsində də düşünməyə bilərsiniz. Təmir və dekorasiya işləri üçün tələb olunan demək olar ki, hər şeyi "Diler İnşaat"-dan sifariş edə bilərsiniz. Komandamız çatdırılma və boşaltma işlərini də həmçinin öz üzərinə götürür. 

10 ildən çoxdur ki, tanınmış beynəlxalq və yerli istehsalçıların keyfiyyətli və sınanmış məhsullarının satışı sahəsində çalışırıq. Bu müddət ərzində istehsal müəssisələrindən birbaşa çatdırılmalar həyata keçirilib. Bu isə Azərbaycanda ən ucuz tikinti materialları təklif edən şirkətlərdən biri olduğumuzu əminliklə deməyə imkan verir. 

"Diler İnşaat" mağazamızdan münasib qiymətə tikinti materialları seçə və ala bilərsiniz. Aldığınız məhsullar Bakı şəhəri üzrə istənilən ünvanlara çatdırılır. Tikinti materiallarının topdan satışı və bir sıra əlavə xidmətlərlə qulluğunuzda hazırıq. Bunlara  əldə etdiyiniz materialları evinizə qaldırarkən kömək etməkdən tutmuş, fərdi daşınma zamanı qoşqu icarəsinə qədər bir çox xidmət aiddir. 

Tikinti materiallarının satışı topdan və pərakəndə şəkildə həyata keçirilir. Əgər topdan alış-veriş etmək arzusundasınızsa, "Diler İnşaat"-dan istənilən ölçülərdə keyfiyyətli məhsulları ucuz qiymətə əldə edə bilərsiniz. Bütün məhsullar istehsalçının keyfiyyət sertifikatlarına və dövlət standartına uyğundur.

Qeyd edək ki, "Diler İnşaat" QSC “Gilan Knauf” və "Gilan Seramik" şirkətlərinin rəsmi distributorudur. 

Layihələndirmə

Layihələndirmə

Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. 

Ətraflı
Tikinti və inşaat

Tikinti və inşaat

Bina və müxtəlif tikililərin inşası “Diler İnşaat” QSC tərəfindən uğurlu şəkildə həyata keçirilən əsas fəaliyyət növüdür. Paytaxtda mənzillərin və müxtəlif obyektlərin tikintisi üzrə ixtisaslaşan şirkət, eyni zamanda dizayn xidmətləri göstərir və baş podratçının funksiyalarını yerinə yetirir.

Ətraflı
Təmir

Təmir

Açar təslim təmir – mənzillərin abu havasını yaxşılaşdırmaq və yeniləmək, onları modernləşdirmək, bənzərsiz və ən əsası rahat hala gətirmək, həmçinin orada yaşayan insanlar üçün müsbət emosiyalar yaratmaq üçün əla bir yoldur.

Ətraflı
İnteryer dizaynı

İnteryer dizaynı

Mənzilin interyer dizaynı yalnızca dəbə olan rəğbət deyil, həm də ev sahiblərinin zövq və həyat tərzini əks etdirən güzgüdür. Bu güzgüdən həmçinin həmin şəxslərin gözəllik, harmoniya və nizamlılıq barədə təsəvvürlərini də görmək mümkündür.

Ətraflı
Eksteryer dizayn

Eksteryer dizayn

Hər gün diqqət yetirmədiyimiz onlarla binanın yanından və yaxud qarşısından keçirik. Bəzi tikililər isə əksinə diqqətimizi cəlb edir və ona tamaşa etmək arzusu yaradır.

Ətraflı