Layihələndirmə

Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. Layihələndirmə mərhələsində tikiləcək binanın tam və ətraflı təsvirini təqdim edir, bütün incəlik və xüsusiyyətləri nəzərə alaraq müştərilərin tələblərinə cavab verəcək işi ərsəyə gətiririk. 

Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək yenilənmə işlərinin çertyojunu hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır. Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir. 

Layihə üzrə işlər ilk olaraq məlumatların toplanması ilə başlayır. Geotexniki sınağın nəticələri ilə bağlı hesabatda qrunt və yeraltı suların vəziyyəti barədə məlumat yer alır. Topoqrafik planda isə ərazinin xüsusiyyətləri və məhdud cəhətləri barədə məlumatlar öz əksini tapır. Bu məlumatlara isə qırmızı xətlər, relyef, ətrafdakı tikililər, yeraltı kommunikasiyalar və yaşıllıq sahəsi aid edilir. Texniki şərtlər isə enerji sərfiyyatı ilə bağlı məsələləri həll edir və şəhər şəbəkələrinə qoşulma nöqtələrini müəyyənləşdirir. Layihə üzrə tamamlanmış sənədlər bir neçə cilddən ibarət olur və buraya yanğın təhlükəsizliyi, ətraf mühitin qorunması və binanın istilik mühafizəsini təmin edən tədbirlər barədə xüsusi bölmələr daxildir.

Layihə üzrə işlər

Müasir bina və tikililərin layihələndirilməsi ilkin həllərin hazırlanması ilə başlayır. Layihənin ilkin dizaynı obyektin və mərtəbələrin planlarından, bölmələrdən, perspektiv təsvirlərdən və fasadlardan ibarətdir.  

Müştəri inşa ediləcək binanın, onun funksional xüsusiyyətlərinin və yerləşməsinin tam təsvirini əldə edəcək. O, bununla yanaşı, tikilinin ərazidə sahib olduğu memarlıq perspektivlərini də qiymətləndirmək imkanına sahib olacaqdır. Şirkətimiz müxtəlif mürəkkəblikdə olan layihələrin hazırlanması ilə məşğul olur. 

Layihə üzrə sənədlərin tərkibinə aşağıdakılar aiddir:

  • Memarlıq və inşaat hissəsi;
  • Ümumi plan və nəqliyyat;
  • Mühəndislik bölmələri;
  • Texnologiya;
  • Yanğın əleyhinə tədbirlər;
  • Mülki-müdafiə və fövqəladə hallar əleyhinə tədbirlər;
  • Sistemlərin dizaynı;
  • Ətraf mühitin mühafizəsi;
  • İnşaatın təşkili layihəsi.

İşçi layihə 

Tikintilərin layihələndirilməsi zamanı konstruktiv həllər texniki və iqtisadi göstəricilərdən asılı olur. Konstruksiyaların dizaynı istifadə olunan materiallar da nəzərə alınmaqla, konkret tikinti şərtlərinə əsaslanır. Bina və digər tikililərin layihələndirilməsi texniki həll və şərtlər nəzərə alınmaqla, əməyin intensivliyi və tikinti xərclərinin maksimum azaldılması ilə həyata keçirilir. Binaların dizaynı zamanı müasir tikinti materiallarından istifadə nəzərə alınır.

İş sənədlərinə əsasən tikinti-quraşdırma işlərinin maya dəyəri hesablanır və smeta tərtib edilir. Bölmənin tərkibi tapşırıq tərtib edilərkən müəyyən edilir.

Tikililərin layihələndirilməsi

Şirkətimiz tikililərin ən ciddi keyfiyyət standartlarına uyğun layihələndirilməsini təklif edir:

  • Estakada və dayaq;
  • Anbar binaları və məkanlar;
  • Ticarət mərkəzləri və komplekslər;
  • İdman stadionları və müxtəlif müasir idman obyektləri;
  • Prekast beton konstruksiyalardan hazırlanan tikililərin layihələndirilməsi;
  • Monolit tikililərin layihələndirilməsi.

Layihələndirmənin təşkili 

Layihə dedikdə qrafik və mətn materialları toplusu nəzərdə tutulur. Bütün bunlar isə gələcək sənaye müəssisəsinin, yaşayış binasının və ya onların kompleksinin məlumatlarını özündə əks etdirir. 

Nəyə görə məhz bizi seçməlisiniz?

Şirkətimizdən istənilən növdə tikilinin layihələndirilməsini sifariş etməyə qərar verərək düzgün seçim edirsiniz.  Çünki mütəxəssislərimiz müxtəlif layihələr həyata keçirmiş təcrübəli şəxslərdir. 

Şirkətimiz tərəfindən sənaye, özəl, müxtəlif ictimai obyektlərlə bağlı iş sənədləri toplusu tərtib edilmişdir. Bu tikililər tövsiyyələrimiz əsasında inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Öz işimizə cavabdehik və onun yüksək keyfiyyətinə zəmanət veririk.

Layihənin tərtib edilməsini şirkətimizə həvalə edərək, işin uğurla nəticələnəcəyinə arxayın ola bilərsiniz!
 

Tikinti və inşaat

Tikinti və inşaat

Bina və müxtəlif tikililərin inşası “Diler İnşaat” QSC tərəfindən uğurlu şəkildə həyata keçirilən əsas fəaliyyət növüdür. Paytaxtda mənzillərin və müxtəlif obyektlərin tikintisi üzrə ixtisaslaşan şirkət, eyni zamanda dizayn xidmətləri göstərir və baş podratçının funksiyalarını yerinə yetirir.

Ətraflı
Təmir

Təmir

Açar təslim təmir – mənzillərin abu havasını yaxşılaşdırmaq və yeniləmək, onları modernləşdirmək, bənzərsiz və ən əsası rahat hala gətirmək, həmçinin orada yaşayan insanlar üçün müsbət emosiyalar yaratmaq üçün əla bir yoldur.

Ətraflı
İnteryer dizaynı

İnteryer dizaynı

Mənzilin interyer dizaynı yalnızca dəbə olan rəğbət deyil, həm də ev sahiblərinin zövq və həyat tərzini əks etdirən güzgüdür. Bu güzgüdən həmçinin həmin şəxslərin gözəllik, harmoniya və nizamlılıq barədə təsəvvürlərini də görmək mümkündür.

Ətraflı
Eksteryer dizayn

Eksteryer dizayn

Hər gün diqqət yetirmədiyimiz onlarla binanın yanından və yaxud qarşısından keçirik. Bəzi tikililər isə əksinə diqqətimizi cəlb edir və ona tamaşa etmək arzusu yaradır.

Ətraflı
Tikinti materialları

Tikinti materialları

Tikinti materialları almaq prosesi artıq yorucu və ağır bir iş deyil. Bundan sonra material, nisbətən ucuz qiymət axtarışında bütün şəhəri gəzməli olmayacaqsınız.

Ətraflı