Dreamland Golf Hotel Baku

Dreamland Country & Life ilə Azərbaycanda özünüz və ailəniz üçün olduqca dəbdəbəli həyat tərzini seçə bilərsiniz. Bu Bakıda sizin yeni təhlükəsiz və etibarlı evinizdir və 18 dəlikli gözəl Aralıq dənizi stilli qolf meydançası arxa bağçanız kimidir.

Daxili konstruksiyasında istifadə olunan Gilan&Knauf məhsulları Diler İnşaat QSC şirkəti tərəfindən təmin olunub.

Dreamland Country & Life qapalı yaşayış məskəni 330 hektarlıq ərazisi ilə Bakının yeni ən yaşıl sahəsidir və bunun iki milyon m2-dən çoxunu təbiət və 12.000 m2-lik sahəsini isə mavi göllər təşkil edir.

Tikintisi geniş miqyasda davam edən “arkada” alış-veriş mərkəzi bütün dəb həvəskarlarını özünə cəlb edəcək və yüksək səviyyəli restoranlar və kafelər, kino, qabaqcıl sağlamlıq, fitnes və istirahət məkanları ilə maraqlarınıza uyğun bir çox fəaliyyət və əyləncə növlərini sizə təqdim edəcək.