Tikinti və inşaat

Bina və müxtəlif tikililərin inşası “Diler İnşaat” QSC tərəfindən uğurlu şəkildə həyata keçirilən əsas fəaliyyət növüdür. Paytaxtda mənzillərin və müxtəlif obyektlərin tikintisi üzrə ixtisaslaşan şirkət, eyni zamanda dizayn xidmətləri göstərir və baş podratçının funksiyalarını yerinə yetirir. Bundan əlavə, “Diler İnşaat” şirkəti Azərbaycanda yaşayış evləri,  binaların tikinti və açar təslim təmirini həyata keçirir.   

Çox çeşidli tikinti xidmətlərimizə aşağıdakılar daxildir:

  • Ümumi müqavilə əsaslı tikinti işləri;
  • Müxtəlif təyinatlı binaların inşası üçün quraşdırma və tikinti işləri;
  • Hər növ təmir-tikinti işləri;
  • Müxtəlif təyinatlı binaların abadlaşdırılması və rekonstruksiyası; 
  • Asma ventilyasiya fasadlarının quraşdırılması;
  • Açar təslim təmir işləri;  
  • Hər növ tamamlama işləri;
  • Müxtəlif su izolyasiya işləri;
  • Ətraf ərazilərin abadlaşdırılması (o cümlədən meydançalar, terraslar, səkilər);
  • Müxtəlif tikililərin, fərdi yaşayış evləri və mənzillərin, ofislərin və s. inşası, rekonstruksiyası və abadlaşdırılması zamanı hərtərəfli tamamlama və təmir-tikinti işlərinin yerinə yetirilməsi. 

Tam müasir, keyfiyyətli idarəetmə sistemi bütün inşaat işlərinin ən yüksək səviyyədə həyata keçirilməsini təmin edir. Bu sistem sayəsində, şirkətimiz tərəfindən inşa, təmir və ya rekonstruksiya olunan bina və digər tikililərin yüksək keyfiyyətinə tam əminliklə zəmanət veririk. 

Bina və digər tikililərin inşası, tikinti-quraşdırma işləri zamanı müvafiq sənədləşdirmə prosesi (iş kitabları, aktlar, icra sxemləri, avadanlıqlar üçün sertifikatlar və pasportların hazırlanması) şirkətimiz tərəfindən həyata keçirilir. 

Şirkətimiz tərəfindən görülən bütün işlərlə (tikinti-quraşdırma işləri, daxili və xarici mühəndis sistemlərinin quraşdırılması, tamamlama işləri) bağlı zəmanət öhdəlikləri təmin olunur. İş prosesində müvafiq keyfiyyət sertifikatları ilə təsdiqlənən müasir avadanlıqlardan istifadə edilir. 

Fəaliyyətimizin üstünlükləri:

  • Bina və müxtəlif tikililərin inşası fəaliyyətimizin əsasını təşkil edir. Təməlqoyma prosesindən hər hansı bir obyektin istismara verilməsinə qədər bütün işləri görməyə hazırıq;
  • Geniş texniki bazamız bütün müxtəlif və mürəkkəb tamamlama işlərini yerinə yetirməyə imkan verir. Tamamlama işlərinin həyata keçirilməsi kifayət qədər populyar olan fəaliyyətimizin ayrı bir istiqamətidir;
  • Bina və müxtəlif tikililərin inşası mövcud normativ və qanunvericilik aktlarının tələblərinə uyğun olaraq aparılır. Tikinti işləri tamamlandıqdan sonra əmlakın qeydiyyata alınması prosesi çox sadədir;
  • Müştərilərimizin bizə olan etimadını doğrultmaq üçün son təhvil vaxtına daim diqqət yetiririk;

Monolit binaların tikintisi  

Bina və müxtəlif tikililərin inşası yüngül metal konstruksiyalara əsaslanan tikililərlə yanaşı, monolit tikililərin inşasını da əhatə edir. Həm rekonstruksiya, həm də təmir-tikinti işləri zamanı monolit tikililərin daha yüksək səmərəliliyi nəzərə çarpır. 

Sənaye binalarının tikintisi 

Monolit sənaye binalarının tikintisi bir neçə mərhələdə aparılır. Tikinti sahəsində divarların, sütunların və inşa olunacaq binanın digər elementlərinin konturuna uyğun olaraq quraşdırılma işləri aparılır. Dəmirdən hazırlanmış karkas taxta qəlibə quraşdırıldıqdan sonra üzərinə beton tökülür. Monolit bir bazada sənaye binalarının inşası son zamanlarda populyarlaşmağa başlayıb. Monolitik tikinti zamanı yaranan karkasın sərtliyi çox yüksəkdir.

Fərqli formalı naxışlar hazırlamaq bacarığı müxtəlif memarlıq işlərini həyata keçirməyə imkan verir. Bu üsuldan həm sənaye, həm də inzibati və yaşayış binalarının inşası üçün istifadə edilir. İdman obyektlərinin tikintisi zamanı dəmir-beton konstruksiyalar quraşdırılır. Sənaye binalarının inşası mürəkkəb bir proses olduğundan bu işi mütəxəssislərə həvalə etmək tövsiyə olunur. 

Şirkətimiz mürəkkəb bir tikinti metodu olan sənaye binalarının inşası prosesini daim inkişaf etdirməkdədir. Bu gün müştərilərimizə prefabrik modul binalar, yığma konstruksiya və quruluşlar, anbar və modulların inşası kimi tam xidmətlər təklif edə bilərik.

Ofis binalarının tikintisi 

Ofis binalarının inşası getdikcə daha populyarlaşır. Bu səbəbdən, bu tip quruluşlu binaların inşası prefabrik strukturların sayına aiddir. Ofis binalarının inşası müasir texnologiyaların (təbəqə şəklində montaj, sendviç panellər vasitəsilə montaj, modul tikinti) tətbiqi sayəsində həyata keçirilir. Müvafiq xidmətlərə tikintinin layihələndirilməsi, binaların inşası, qarşıya qoyulmuş tapşırıqların icra səviyyəsinin yoxlanılması və interyerlə bağlı kompleks işlər daxildir. 

Yaşayış binalarının tikintisi 

Yaşayış binalarının tikintisi zamanı qanunun tələblərinə ciddi riayət olunması vacibdir. Müştərilərimizə yaşayış binalarının kompleks tikintisi, müvafiq sənədlərin tərtib olunması və hər hansı bir obyektin istismara verilməsi zamanı dəstək göstərilməsi ilə bağlı xidmətlər təklif edirik. Qazandığımız təcrübə həm tək bir ailə, həm də tam təminatlı, çoxmənzilli yaşayış binalarını keyfiyyətli və qısa zamanda inşa etməyə imkan verir.  

Binaların tikintisi çox mürəkkəb və məsuliyyətli bir prosesdir, bu işə ciddi yanaşmaq lazımdır. Bu səbəbdən, bütün işlər yalnız yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməlidir. 

Təmir-tikinti işləri 

Təmir-tikinti işləri son zamanlar daha da çox populyarlıq qazanıb. Buraya bina fasadlarının yenilənməsi və daxili rekonstruksiya işləri daxildir. Bu, təmir-tikinti işlərinin mütəmadi aparılmalı olduğu ictimai tikililərə, ticarət mərkəzlərinə və inzibati binalara aiddir. 

Hündürmərtəbəli binaların tikintisi

Digər tikinti növlərindən fərqli olaraq, hündürmərtəbəli tikililərin, əsasən də, yaşayış binalarının inşası aktiv şəkildə davam etdirilir. Hündürmərtəbəli binaların inşası şəhər əhalisinin sürətli artması fonunda çox vacib olan kiçik bir torpaq sahəsinə maksimum sayda yaşayış mənzillərini yerləşdirməyə imkan verir.

Nəyə görə məhz bizi seçməlisiniz?

Şirkətimizdən istənilən növ tikilinin inşasını sifariş etməyə qərar verərək düzgün seçim edirsiniz.  Çünki mütəxəssislərimiz müxtəlif layihələr həyata keçirmiş təcrübəli şəxslərdir. 

Şirkətimiz tərəfindən sənaye, özəl, müxtəlif ictimai obyektlərlə bağlı sənədlər toplusu tərtib edilmişdir. Bu tikililər tövsiyyələrimiz əsasında inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Öz işimizə cavabdehik və onun yüksək keyfiyyətinə zəmanət veririk.

Sifarişinizi bizim şirkətimizə həvalə edərək, işin uğurla nəticələnəcəyinə arxayın ola bilərsiniz!

Layihələndirmə

Layihələndirmə

Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. 

Ətraflı
Təmir

Təmir

Açar təslim təmir – mənzillərin abu havasını yaxşılaşdırmaq və yeniləmək, onları modernləşdirmək, bənzərsiz və ən əsası rahat hala gətirmək, həmçinin orada yaşayan insanlar üçün müsbət emosiyalar yaratmaq üçün əla bir yoldur.

Ətraflı
İnteryer dizaynı

İnteryer dizaynı

Mənzilin interyer dizaynı yalnızca dəbə olan rəğbət deyil, həm də ev sahiblərinin zövq və həyat tərzini əks etdirən güzgüdür. Bu güzgüdən həmçinin həmin şəxslərin gözəllik, harmoniya və nizamlılıq barədə təsəvvürlərini də görmək mümkündür.

Ətraflı
Eksteryer dizayn

Eksteryer dizayn

Hər gün diqqət yetirmədiyimiz onlarla binanın yanından və yaxud qarşısından keçirik. Bəzi tikililər isə əksinə diqqətimizi cəlb edir və ona tamaşa etmək arzusu yaradır.

Ətraflı
Tikinti materialları

Tikinti materialları

Tikinti materialları almaq prosesi artıq yorucu və ağır bir iş deyil. Bundan sonra material, nisbətən ucuz qiymət axtarışında bütün şəhəri gəzməli olmayacaqsınız.

Ətraflı