Sahil Plaza binasının füsunkar fasadı qonaqları tək baxışdan heyran edir. Möhtəşəm memarlığı ilə yanaşı, ən müasir standartlara cavab verən iş mühiti bu binanın özünəməxsusluğuna dəyər qatır. Binanın daxili işlərində istifadə olunan məhsullar Diler İnşaat QSC şirkəti tərəfindən təmin olunub.
Layihənin daxili tikintisində istifadə olunan məhsulların bir hissəsi Diler İnşaat QSC şirkəti tərəfindən təmin edilib.
Paytaxtın simvollarından olan Funikulyorun və Bəhram Gur heykəlinin, həmçinin Xalça Muzeyi və Muğam Mərkəzinin yaxınlığında yerləşən “Sahil Plaza” möhtəşəm fasadı və əsrarəngiz foyesi ilə elə ilk baxışdan insanı heyran edir.
Arxitekturasının möhtəşəmliyindən əlavə müasir tələblərə cavab verən iş mühitini özündə əks etdirməsi bu biznes mərkəzinin özünəməxsusluğuna əlavə dəyər qatır. Binanın əlverişli ərazidə yerləşməsi, davamlı və keyfiyyətli xidmətlə təmin olunması, iş otaqlarının geniş və işıqlı olması iş adamları üçün tam uyğun şərait yaradır.