İnteryer dizaynı

Mənzilin interyer dizaynı yalnızca dəbə olan rəğbət deyil, həm də ev sahiblərinin zövq və həyat tərzini əks etdirən güzgüdür. Bu güzgüdən həmçinin həmin şəxslərin gözəllik, harmoniya və nizamlılıq barədə təsəvvürlərini də görmək mümkündür. Yeni bir evdə məskunlaşarkən və yaxud əsaslı təmir etməyi planlaşdırarkən,  hətta aşağı büdcə ilə belə müəyyən tərz və interyerin bütün elementlərinin harmoniyası barədə düşünürük. Mənzilin düşünülmüş və müasir interyeri rahatlıq və əminlik hissilə yanaşı, özünü və həyatı yeni şəkildə dərk etmənin formalaşmasıdır. 

"Diler İnşaat" mənzillərin, evlərin və ticarət obyektlərinin dizayn layihələrinin tərtib edilməsi, həmçinin təmir və bəzək işləri üzrə geniş çeşiddə xidmətlər təqdim edir. 10 ildən artıqdır ki, davam edən fəaliyyətimiz boyunca həyatınız, işiniz və istirahətiniz üçün müasir interyer dizayn layihələri üzrə faydalı və keyfiyyətli təcrübə qazanmışıq. 

"Diler İnşaat" komandasının hər bir dizayneri obyektlərdə layihə icrası ilə bağlı şəxsi təcrübəyə malikdir. İstənilən layihənin tərtibində 10 ildən çox iş təcrübəsinə sahib peşəkar memar iştirak edir. Bəzək, dekor və mebel ilə bağlı təklif etdiyimiz həllər əldə edilməsi mümkün olan real predmetlərdir. Şirkətimizdən interyer dizayn layihəsi sifariş etmək üçün sorğu göndərmək və yaxud zəng etməyiniz kifayətdir. 

Bizimlə əməkdaşlıq edərək aşağıdakılara sahib olursunuz:

  • Təmir üçün nəzərdə tutduğunuz büdcə çərçivəsində bəzək və mebeldə ən yeni trendlərlə dəbli interyer;
  • Çətin iş günündən sonra dincəldən, səhərlər enerji ilə təmin edən və yeni nailiyyətlərə ilhamlandıran interyer;
  • Evinizə gələn dostlarınızın, qohumlarınızın və yaxınlarınızın heyrət dolu baxışları.

İstənilən büdcə imkanları və demək olar ki, istənilən tərzdə işləməyi bacarırıq. Hər bir halda, istəklərinizə əsaslanan fərdi nümunələr əldə edirsiniz. Bu nümunələr ənənəvi klassik interyer, dəbdəbəli Art Deco, funksional müasir tərz və yaxud Skandinaviya üslubunda ola bilər. Seçiminizdən asılı olmayaraq, nəticə sizi sevdindirməklə yanaşı, qonaqlarınızı öz yüksək keyfiyyəti ilə heyrətləndirəcəkdir. 

Həmçinin "Diler İnşaat" şirkətimizdə icrasına başlanılan işləri sona çatdırmaq kimi bir adətimiz var. Belə ki, yalnızca dizayn layihəsinin tərtib edilməsi ilə kifayətlənmirik. Memar tərəfindən ciddi nəzarət bütün dizayn həllərini layihəyə tam uyğun olaraq həyata keçirməyə imkan yaradır. 

Dizayn layihəsi, memar nəzarəti, avadanlıqlar və dekorasiyanı özündə birləşdirən kompleks yanaşma istənilən tapşırığın lazımi səviyyədə yerinə yetiriləcəyinə zəmanətdir.

Nəyə görə məhz bizi seçməyə dəyər? 

Şirkətimizdən interyer dizayn sifariş etməyə qərar verərək düzgün seçim edirsiniz.  Çünki mütəxəssislərimiz müxtəlif layihələr həyata keçirmiş təcrübəli şəxslərdir. 

Şirkətimiz tərəfindən sənaye, özəl, müxtəlif ictimai obyektlərlə bağlı iş sənədləri toplusu tərtib edilmişdir. Bu tikililər tövsiyyələrimiz əsasında inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Öz işimizə cavabdehik və onun yüksək keyfiyyətinə zəmanət veririk.

İnteryer dizaynı şirkətimizə həvalə edərək, işin uğurla nəticələnəcəyinə arxayın ola bilərsiniz!

Layihələndirmə

Layihələndirmə

Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. 

Ətraflı
Tikinti və inşaat

Tikinti və inşaat

Bina və müxtəlif tikililərin inşası “Diler İnşaat” QSC tərəfindən uğurlu şəkildə həyata keçirilən əsas fəaliyyət növüdür. Paytaxtda mənzillərin və müxtəlif obyektlərin tikintisi üzrə ixtisaslaşan şirkət, eyni zamanda dizayn xidmətləri göstərir və baş podratçının funksiyalarını yerinə yetirir.

Ətraflı
Təmir

Təmir

Açar təslim təmir – mənzillərin abu havasını yaxşılaşdırmaq və yeniləmək, onları modernləşdirmək, bənzərsiz və ən əsası rahat hala gətirmək, həmçinin orada yaşayan insanlar üçün müsbət emosiyalar yaratmaq üçün əla bir yoldur.

Ətraflı
Eksteryer dizayn

Eksteryer dizayn

Hər gün diqqət yetirmədiyimiz onlarla binanın yanından və yaxud qarşısından keçirik. Bəzi tikililər isə əksinə diqqətimizi cəlb edir və ona tamaşa etmək arzusu yaradır.

Ətraflı
Tikinti materialları

Tikinti materialları

Tikinti materialları almaq prosesi artıq yorucu və ağır bir iş deyil. Bundan sonra material, nisbətən ucuz qiymət axtarışında bütün şəhəri gəzməli olmayacaqsınız.

Ətraflı