Haqqımızda

2016-ci ildə təsis edilmiş “Diler İnşaat” QSC şirkəti Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməklə, tikinti materiallarının satışı və distribusiyası ilə məşğuldur. Yarandığı gündən davamlı inkişafı, yüksək keyfiyyəti və peşəkarlığı ilə tanınan şirkətin əsas məqsədi, müasir inkişaf tələblərinə tam cavab verməklə, yerli tikinti sahəsində qabaqcıl şirkət səviyyəsinə yüksələrək, müasir memarlıq və inşaat layihələri ilə Azərbaycanın sürətli inkişafını dəstəkləməkdir.

“Diler İnşaat” QSC şirkəti “Gilan&Knauf” şirkətinin ekskluziv distribyutoru olaraq, tikinti materialları bazarında həmin şirkətin məhsulları olan Gips Karton Lövhələri, Metal profillər, Quru Qarışıqlar və digər Aksessuarları sərgiləyərək topdan, korporativ və pərakəndə satışını həyata keçirir.

Hal-hazırda Azərbaycan Respublikasının bütün regionlarında adı çəkilən məhsulların satışı həyata keçirilir, bazar payı uğurlu şəkildə qorunur və satış həcmi davamlı olaraq artırılır. “Diler İnşaat” QSC şirkəti iri tikinti şirkətləri də daxil olmaqla, 70-dən çox korporativ müştəri ilə əməkdaşlıq edir. Şirkət respublikamızda həyata keçirilən bir sıra iri tikinti layihələrində tərəfdaş şirkət kimi iştirak etmişdir.

“Diler İnşaat” QSC şirkəti 2018-ci ildə tikinti sahəsində fəaliyyət göstərmək məqsədi ilə lisenziya alaraq yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə də məşğuldur. Şirkət, eyni zamanda memarlıq və inşaat sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək, innovativ metod və texnologiyaları, istər layihələndirmə, istərsə də inşaat mərhələsində uğurla həyata keçirir.

“Diler İnşaat” QSC öz işini sevərək və onun nə qədər önəmli olmasını qeyd etməkdən çəkinmir. Belə yanaşma həm şirkətin müştəriləri, həm şirkət üçün maksimal fayda verir. İstənilən layihənin hazırlıq tədbirlərindən tutmuş işin təhvil verilməsinə qədər ənənəvi olaraq məqsədimiz ilk növbədə keyfiyyət amilinə nəzarət etməkdir.

Həmçinin şirkətin texniki təhlükəsizliyə verdiyi önəm hər zaman qürur duymağımıza əsas olmuşdur. İnşaat prosesləri zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçilərin həyatının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi kodeksinə əməl edilir. Bir sözlə, tikinti şirkət üçün sadəcə biznes sahəsi deyil, yeni həyat və düşüncə tərzidir. Yaradıcı yanaşma,dəqiqlik,səliqə və professionallıq şirkətə ən cəsarətli ideyaları belə həyata keçirməyə imkan yaradır.

Sertifikatlar

ORXAN QULUZADƏ

ORXAN QULUZADƏ

Əziz Dostlar!

Bu gün respublikamızda sahibkarlığın inkişafı ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunub və sahibkarlara uğurlu və səmərəli fəaliyyət göstərmək üçün dövlət tərəfindən hər cür dəstək verilir.

Digər sahələrlə yanaşı ölkəmizdə tikinti sektoru da sürətlə inkişaf edir. “Diler İnşaat” şirkəti olaraq, bizim məqsədimiz tikinti və dizayn sahəsində qabaqcıl bir şirkət kimi bazarda möhkəmlənmək, müştərilərimizin inamını və etimadını doğrultmaqdır.

Məqsədimiz - şirkətin artım və inkişafını təmin edən xidmətin ən keyfiyyətli şəkildə olmasıyla yanaşı, müştərilərin məmnunluğundan ibarətdir.

Hədəfimiz- müştərilərimizin rəğbətini, rəqiblərimizin hörmətini, tərəfdaşlarımızın inamını və insanların etibarını qazanmaqdır.

Vəzifəmiz:

  • — Optimallıq;
  • — Vaxtında və effektiv idarəetməni tətbiq etmək;
  • — Müştəriyə yönəlmək: öz xidmətlərimizlə müştəri məmnuniyyətini təmin etmək;
  • — Yüksək nəticə.