Təmir

Açar təslim təmir – mənzillərin abu havasını yaxşılaşdırmaq və yeniləmək, onları modernləşdirmək, bənzərsiz və ən əsası rahat hala gətirmək, həmçinin orada yaşayan insanlar üçün müsbət emosiyalar yaratmaq üçün əla bir yoldur. Mənzillərin təmir və dizaynını zəngin iş təcrübəsinə malik və müştəri məmnuniyyətini qazanan, öz sahəsinin mütəxəssislərinə həvalə etmək çox vacibdir.

“Diler İnşaat” tikinti şirkəti mənzillərin açar təslim təmirini həyata keçirir. Şirkətimizdə fəaliyyət göstərən layihələndiricilər, dizaynerlər, mühəndislər və inşaatçılar, tikinti materialları tədarükçüləri ilə birbaşa əlaqənin təmin olunması, həmçinin təmir işləri sahəsində on ildən artıq təcrübəyə sahib olmağımız hər bir müştəri üçün münasib və aşağı qiymət təyin etməyə imkan verir. Eyni zamanda, elektrik naqillərinin çəkilməsi, santexnika borularının dəyişdirilməsi, döşəmələrin yenilənməsi, otaqların, qeyri-yaşayış sahələrinin dekorasiyası və digər işləri həyata keçiririk. Müqavilə bağlanmadan öncə bütün məsələlər barədə razılığa gəlinir və lazımi materiallar özümüz tərəfindən alınır. Müştərilərə yalnız son nəticəni gözləmək qalır. 

"Diler İnşaat" şirkətinin əməkdaşları müştəri məmnuniyyətinə maksimum diqqət yetirirlər. Məmnun müştərilərin sayı, həmçinin həyata keçirdiyimiz işlər barəsində dostlarına və əməkdaşlarına müsbət fikirlər söyləyən müştərilər xidmətlərimiz üçün ən yaxşı reklamdır. 

İlkin mərhələdə, “Diler İnşaat” şirkətinin mütəxəssisləri planlaşdırılan xidmətlərin smetasını hazırlayıb təqdim edirlər. Bunun üstünlükləri ondan ibarətdir ki, müştərilər planlaşdırılan  xərclər barədə məlumat əldə edə və istəklərini həyata keçirmək üçün lazım olan büdcəni əvvəlcədən hesablaya bilərlər. 

Mənzillərin açar təslim təmiri 

Açar təslim təmir mənzilin interyer dizaynı, lazımi avadanlıq və mebellərlə təmin olunmasından santexnika işlərinin tamamlanmasına qədər bütün mərhələləri özündə cəmləşdirən kompleks bir xidmət növüdür. 

Bu xidmətin əsas məqsədi müştəriləri bir sıra işlərlə (tikinti tullantılarını təmizləmək, tikinti materiallarını almaq, ayrı bir elektrik və ya santexnika ustası axtarmaq) məşğul olmaqdan azad etməkdir. Bu xidməti mənzillərin təmiri və dizaynı ilə bağlı bütün narahatlıqları nəzəra alan, ixtisaslaşmış bir şirkətə həvalə edə bilərsiniz. Siz yalnız layihələndirmə və smeta təsdiqlənməsi prosesində iştirak edirsiniz. Mənzilin açarını briqadirə təhvil verdikdən sonra istirahətə belə yollana bilərsiniz. 

Açar təslim təmir xidmətinə aşağıdakılar daxildir: 

  • İnteryer dizayn layihələndirilməsi;
  • Xərc smetasının tərtib edilməsi;  (yaşayış sahəsini, layihənin mürəkkəbliyini və lazım olan materialların qiymətini nəzərə alaraq);
  • Razılaşdırılmış vaxt çərçivəsində bütün mərhələlərin icrası;
  • Mebellərin sifarişi, çatdırılması və quraşdırılması;
  • Obyektin tam istifadəyə hazır şəkildə təhvil verilməsi; 

Şirkətimiz materialların alınmasını, tikinti tullantılarının təmizlənməsini, bütün mühəndis sistemlərinin (elektrik yuvası, lampalar) quraşdırılmasını və hətta mebellərin yerləşdirilməsini (istəyə uyğun olaraq) təmin edəcəkdir. Köhnə tikililərin sökülməsindən mebellərin yerləşdirilməsi və dekorasiyasına qədər bütün məsələlərin həllinə cavabdehlik daşıyırıq. 

Ofis və ticarət obyektlərinin təmiri 

"Diler İnşaat" şirkəti tərəfindən təmir olunan ofis işçilərin rahatlığını təmin etməklə yanaşı, bir çox şirkətlərin ofislərindən fərqlənən unikal bir interyere sahib olacaqdır. Hal-hazırda, effektiv interyer müştərilərdə ən xoş təəssürat yaratmağa imkan verən əla marketinq vasitəsidir. 

Nəyə görə məhz bizi seçməlisiniz?

Şirkətimizdən istənilən növdə təmir xidməti sifariş etməyə qərar verərək düzgün seçim edirsiniz.  Çünki mütəxəssislərimiz müxtəlif layihələr həyata keçirmiş təcrübəli şəxslərdir. 

Şirkətimiz tərəfindən sənaye, özəl, müxtəlif ictimai obyektlərlə bağlı iş sənədləri toplusu tərtib edilmişdir. Bu tikililər tövsiyyələrimiz əsasında inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Öz işimizə cavabdehik və onun yüksək keyfiyyətinə zəmanət veririk.

Mənzilinizin və yaxud ofisinizin təmirini şirkətimizə həvalə edərək, işin uğurla nəticələnəcəyinə arxayın ola bilərsiniz!

Layihələndirmə

Layihələndirmə

Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. 

Ətraflı
Tikinti və inşaat

Tikinti və inşaat

Bina və müxtəlif tikililərin inşası “Diler İnşaat” QSC tərəfindən uğurlu şəkildə həyata keçirilən əsas fəaliyyət növüdür. Paytaxtda mənzillərin və müxtəlif obyektlərin tikintisi üzrə ixtisaslaşan şirkət, eyni zamanda dizayn xidmətləri göstərir və baş podratçının funksiyalarını yerinə yetirir.

Ətraflı
İnteryer dizaynı

İnteryer dizaynı

Mənzilin interyer dizaynı yalnızca dəbə olan rəğbət deyil, həm də ev sahiblərinin zövq və həyat tərzini əks etdirən güzgüdür. Bu güzgüdən həmçinin həmin şəxslərin gözəllik, harmoniya və nizamlılıq barədə təsəvvürlərini də görmək mümkündür.

Ətraflı
Eksteryer dizayn

Eksteryer dizayn

Hər gün diqqət yetirmədiyimiz onlarla binanın yanından və yaxud qarşısından keçirik. Bəzi tikililər isə əksinə diqqətimizi cəlb edir və ona tamaşa etmək arzusu yaradır.

Ətraflı
Tikinti materialları

Tikinti materialları

Tikinti materialları almaq prosesi artıq yorucu və ağır bir iş deyil. Bundan sonra material, nisbətən ucuz qiymət axtarışında bütün şəhəri gəzməli olmayacaqsınız.

Ətraflı