Bayıl Marina Residence

2018-ci ildən Diler İnşaat QSC şirkəti tikinti lisenziyası əldə edərək inşaat fəaliyyətinə başladı. Şirkətin ilk inşaa olunmuş layihəsi Bayıl Marina Residence yaşayış kompleksidir.

Şəhərin ən prestijli məkanlarından birində yerləşən Bayıl Marina Residence, sizə möhtəşəm və əvəzolunmaz mənzillər təqdim edir.

Bayıl Marina Residence 2 girişli yaşayış binası olmaqla, hündür tavanı, qonaqlar üçün geniş foyesi, keyfiyyətli pəncərələri  olan 1,2,3 və 4 otaqlı mənzillərdən ibarətdir. Bina yüksək keyfiyyətli generator sistemi, sürətli internet, rəqəmsal telefon rabitəsi, nasosxana ilə təchiz olunub.

Ticarət infrastrukturu ilə seçilən möhtəşəm memarlıq layihəsi və müasir kompleks seysmik davamlılığına görə seçilir. 24 saat qorunan ərazidə seyf qapılar, sürətli və səssiz liftlər, yanğın əleyhinə sistem təhlükəsizlik standartlarına cavab verir.

Hər bir ehtiyac və rahatlığınız üçün üçün yeraltı parkinq, uşaq bağçası və uşaq klubu, uşaqlar üçün kafe, həyətdə oturacaqlar, fantan, oyun meydançası, yaşlı adamlar üçün sakit məkan, hipermarket, camaşırxana, fitnes, spa və estetik mərkəzlər, restoran və kafelər təsis olunub.