Eksteryer dizayn

Hər gün diqqət yetirmədiyimiz onlarla binanın yanından və yaxud qarşısından keçirik. Bəzi tikililər isə əksinə diqqətimizi cəlb edir və ona tamaşa etmək arzusu yaradır. Aydındır ki, ikinci halda eksteryer dizayna xüsusi diqqət ayrılıb və bu da həmin tikililərə digərlərindən fərqlənmək imkanı yaradıb. 

Binanın xoş estetik təəssürat yaradan dizaynı, memarlıq baxımından xarici görünüşü eksteryer adlanır. Bu zaman əsas rolu düzgün şəkildə seçilmiş dizayn materialları oynayır. Sözügedən bu materillar dekorativ və müdafiə funksiyalarını yerinə yetirir. Bina üzlüyünün növü müştərinin seçimindən və imkanlarından, həmçinin təməl və divarların cari xüsusiyyətlərindən asılı olaraq dəyişir. Çünki bir sıra materiallar dayaq konstruksiyalarının payına düşən yükü əhəmiyyətli dərəcədə artırır. 

Yaşayış evinin eksteryeri 

İnteryeri ilə vəhdət təşkil edən eksteryer evin unikal görünüşünü yaratmağa imkan verir. Eksteryer yalnızca fasad deyil, həm də ətraf ərazidir. Bu ərazi də ahəngdar şəkildə vahid konsepsiya ilə uyğunlaşmalıdır. Evin rahatlığı, hətta hələ evə girmədən də başlaya bilər. Eksteryer dizaynı peşəkarlara həvalə edin, eviniz tamamilə yeni sima qazanacaqdır. 

Evinizin mövcud fasadını istəklərinizə və fikirlərimizə uyğun olaraq dəyişdiririk. Hansı işlərin görülməli olduğunu, hansı dekorasiyanın fasadınıza uyğun olduğunu, hansının isə yaraşmadığını əvvəlcədən görə bilərsiniz. Belə ki, hər bir "eksteryer dizaynımız"-ın tərkibinə 3D vizuallaşdırma daxildir və bu da obyektin gələcək görünüşünü maksimum real şəkildə görməyinizə imkan yaradır. Eksteryer dizaynın tərkibinə rəngin, dekorasiyanın, obyektin ayrı-ayrı hissələrinin (həmçinin çardaqlar, terraslar və s. kimi onlara aid tikililərin) formasının dəyişdirilməsi nəzərdə tutulur. Layihələndirmə başa çatdıqdan sonra arzuladığınız dizaynın həyata keçirilməsi üçün tələb olunan xərclər barədə məlumat əldə edəcəksiniz. 

İctimai binanın eksteryeri 

Yalnız fərdi deyil, korporativ müştərilərə də eksteryer dizaynın yaradılması ilə bağlı xidmət göstəririk. Biz həmçinin böyük və kiçik ofis mərkəzlərinin fasadının dizayn edilməsi üzrə də çalışırıq. 
Hər hansı bir təşkilat, restoran, otel və yaxud mağazanın yerləşdiyi binanın eksteryeri həmin məkanların interyeri qədər təəssürat yaradır. İlk təəssüratın daha güclü olduğu faktını da nəzərə alsaq, aydın olur ki, hətta kommersiya uğuru binanın xarici görünüşündən və ona aid ətraf ərazidən də asılıdır.

"Diler İnşaat" şirkətinin mütəxəssisləri fərdi unikal eksteryer dizayn yaradacaqlar. Bu xidmət üzrə qiymət işin həcmindən asılı olaraq dəyişir. İstənilən çətinlikdə olan layihənin icrasını öz üzərimizə götürürük və məqbul bir zaman müddətində həyata keçiririk!

Nəyə görə məhz bizi seçməlisiniz?

Şirkətimizdən eksteryer dizayn sifariş etməyə qərar verərək düzgün seçim edirsiniz.  Çünki mütəxəssislərimiz müxtəlif layihələr həyata keçirmiş təcrübəli şəxslərdir. 

Şirkətimiz tərəfindən sənaye, özəl, müxtəlif ictimai obyektlərlə bağlı iş sənədləri toplusu tərtib edilmişdir. Bu tikililər tövsiyyələrimiz əsasında inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Öz işimizə cavabdehik və onun yüksək keyfiyyətinə zəmanət veririk.

Eksteryer dizaynı şirkətimizə həvalə edərək, işin uğurla nəticələnəcəyinə arxayın ola bilərsiniz!

Layihələndirmə

Layihələndirmə

Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. 

Ətraflı
Tikinti və inşaat

Tikinti və inşaat

Bina və müxtəlif tikililərin inşası “Diler İnşaat” QSC tərəfindən uğurlu şəkildə həyata keçirilən əsas fəaliyyət növüdür. Paytaxtda mənzillərin və müxtəlif obyektlərin tikintisi üzrə ixtisaslaşan şirkət, eyni zamanda dizayn xidmətləri göstərir və baş podratçının funksiyalarını yerinə yetirir.

Ətraflı
Təmir

Təmir

Açar təslim təmir – mənzillərin abu havasını yaxşılaşdırmaq və yeniləmək, onları modernləşdirmək, bənzərsiz və ən əsası rahat hala gətirmək, həmçinin orada yaşayan insanlar üçün müsbət emosiyalar yaratmaq üçün əla bir yoldur.

Ətraflı
İnteryer dizaynı

İnteryer dizaynı

Mənzilin interyer dizaynı yalnızca dəbə olan rəğbət deyil, həm də ev sahiblərinin zövq və həyat tərzini əks etdirən güzgüdür. Bu güzgüdən həmçinin həmin şəxslərin gözəllik, harmoniya və nizamlılıq barədə təsəvvürlərini də görmək mümkündür.

Ətraflı
Tikinti materialları

Tikinti materialları

Tikinti materialları almaq prosesi artıq yorucu və ağır bir iş deyil. Bundan sonra material, nisbətən ucuz qiymət axtarışında bütün şəhəri gəzməli olmayacaqsınız.

Ətraflı