Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi tarixi qələbəmizin zirvəsi və 30 illik həsrətin sona çatmasıdır. Hər bir azərbaycanlı üçün milli fəxarət və qürur mənbəyi olan azad Şuşanın keçmişini gənc nəslə çatdırmaq təhsil müəssisələrimiz və hər bir təhsil işçisi qarşısında duran vacib vəzifələrdən biridir.Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi.
Mərkəz 2,8 hektar ərazini əhatə edir. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq edilib. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzində" otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər vardır.
"Şuşa Otel və Konfrans Mərkəzi" layihəsində "Diler İnşaat" şirkətinin də töhfəsi var. Layihənin daxili təmir və bəzək işləri Diler İnşaat QSC tərəfindən edilib.