Otaqlararası yüngül arakəsmələrin, asma tavanların qurulmasında, divarların üzlənməsində və oddan qoruyucu konstruksiyalarda istifadə edilir.
KNAUF–gipskarton lövhə (GKL) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan 2 qatlı xüsusi kartondan ibarətdir, özü də, xəttin yan kənarları kartonun kənarları (üz qatı) ilə bükülür. KNAUF-gipskarton lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK).
Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. KNAUF-gipskarton lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm möhkəmləndirici karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün tamamilə uyğun gəlir.
KNAUF-gipskarton lövhələr (GKL) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.