Gipsokarton Diamond Lövhə (GKFİ)

  • Zərbəyə davamlı Zərbəyə davamlı
  • Oda davamlı Oda davamlı

Odadavamlı KNAUF-lövhə (GKFİ) Otaqarası yüngül arakəsmələrin, asma tavanların qurulmasında, divarların üzlənməsində istifadə edilir.

MƏHSULUN KODU: GKFİ

  • Lövhə növü: DFH2IR - LVS EN520-ə uyğun olaraq
  • GKFI - DIN18180 uyğun olaraq
  • Görünən tərəfdə karton rəngi: mavi
  • Yanğın müqavimət sinfi: 2006/673/EK uyğun olaraq A2-s1,d0 sinfi
  • Daxili istifadə üçün
  • Su buxarının diffuziya əmsalı μ: 10/4, LVS EN 10456 uyğun olaraq
  • İstilik keçiricilik əmsalı λ: 0,25 Vt/(mK), LVS EN 10456 uyğun olaraq
  • Deformasiya müqaviməti fm,k: uzununa ≥8,1 N/mm2; eninə ≥ 3,4 N/mm²
  • Plitənin çəkisi: ≥12.8kg/m²

Odadavamlı KNAUF-gipskarton lövhə (GKFI) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips özəyi olan iki qatı olan xüsusi kartondan ibarətdir,  xəttin yan kənarları isə kartonun kənarları (üz qatı) ilə bükülür.

Odadavamlı KNAUF-gipskarton lövhələr (GKFI) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK).

Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. Odadavamlı KNAUF-gipskarton lövhənin (GKFI) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm armaturlaşdırıcı (möhkəmləndirici) karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün ideal şəkildə uygun gəlir.

Adi KNAUF-lövhələrdən özəyin materialına xüsusi armaturlaşdırıcı əlavələrin edilməsi ilə fərqlənir.

Odadavamlı KNAUF-gipskarton lövhələr (GKFI) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.

MƏHSULUN KODU: