Trump Tower Baku

Şəhərin müasir görünüşünə əlavə rəng qatan binalardan biridə  TRUMP TOWER binasıdır. Tikinti materialları Diler İnşaat şirkəti  tərəfindən təmin edilmişdir.

Layihənin daxili tikintisində istifadə olunan məhsulların bir hissəsi Diler İnşaat QSC şirkəti tərəfindən təmin edilib.

Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır.

Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir. “Trump Tower Baku”ya ən yaxın metro stansiya – 840 metr aralıqda yerləşən Şah İsmayıl Xətai metrostansiyasıdır.

Bina, 33 yerüstü mərtəbədən ibarətdir, 130 metr hündürlüyə malikdir. Binanı stilistik baxımdan futuristik memarlıq üslubuna aid edirlər. İşıqlandırma üçün binanın tilləri və qövsşəkilli kənarları boyunca yerləşdirilmiş LED-ekranlardan istifadə olunur.