Flame Towers

Öz müasir modern görünüşü ilə göz oxşayan və Azərbaycanın rəmzi sayılan alov güllələrinin  daxili tikintisində istifadə olunan məhsulların bir hissəsi Diler İnşaat QSC şirkəti tərəfindən təmin edilib. 

Layihənin daxili tikintisində istifadə olunan məhsulların bir hissəsi Diler İnşaat QSC şirkəti tərəfindən təmin edilib.

Alov qüllələri" kompleksi (ing. Flame Towers) — Bakı şəhərində ən hündür bina. Hündürlüyü 90 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.

Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdır. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı.

Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri Alov Qüllələridir.

  • Skyscrapercity.com (urbanistika haqqında nüfüzlu forum) saytının keçirdiyi sorğuya görə "Alov Qüllələri" işıqlandırılma üzrə birinci yeri tutur. Üstündə animasiyon mənzərə vermək üçün binalar bütövlüklə ekranlarla örtürülüb.
  • Binanın tikilməsi "Build it Bigger" verlişində göstərilmişdi, bu verliş "Discovery Channel"də və "Science Channel"də yayımlanır.
  • Tikiliş üçün 400 milyon ABŞ dolları xərclənmişdir

Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin "Ən yaxşı otel və turizm mərkəzi" nominasiyasının qalibi elan edilib.