Dəniz Mall

Xəzərin yeni incisi olan və unikal memarlıq konsepsiyası ilə gözoxşayan Dəniz Mall layihəsində Diler İnşaat şirkətinin də töhfəsi var. Buna nümunə olaraq mərkəzin daxilində yerləşən Kinderland Əyləncə Mərkəzini qeyd edə bilərik.

Layihənin daxili tikintisində istifadə olunan məhsulların bir hissəsi Diler İnşaat QSC şirkəti tərəfindən təmin edilib. Eyni zamanda şirkətimiz, mall-da yerləşən Kidnerland Uşaq Əyləncə kompleksinin təmir və tikinti işində iştirak etmişdir.

Dəniz Mall Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub.

Qeyd edək ki, əvvəlcə bu bina konqres mərkəzi, tədbirlərin və toyların keçiriləcəyi məkan kimi nəzərdə tutulub. Amma bu müddət ərzində Heydər Əliyev Mərkəzi və elə onun yaxınlığında Bakı Konqres mərkəzi işə düşüb. Nəticədə layihənin sifarişçiləri onu ənənəvi alış-veriş və ticarət məkanı kimi layihələndirməyi qərara alıblar.

Unikal memarlıq konsepsiyası ilə gözoxşayan Dəniz Mall Starbucks, Nike, Swarovski, Pandora, Paul, Go Sport, Alma Store, LVOV Handmade Chocolate, CinemaPlus kimi bir sıra sevilən və tanınmış brendlərlə yanaşı Azərbaycanda ilk dəfə Casa Culinary Art School of Azerbaijan, Beverly Hills and Chill Box, Big Chef, TGI Friday, Dine Hall, Kinderland kimi brendlərə də ev sahibliyi edəcək.

Kinderland

Ümumi sahəsi 5 min kvadrat metr olan Kinderland küçələri, mağazaları, nəqliyyat sistemi və xüsusi valyutası olan gerçək bir şəhəri xatırladır. Bu şəhər 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Kinderland 60-dan çox real həyat fəaliyyətləri ilə əyləncə və təhsili özündə cəmləşdirir.

Azərbaycanda ilk təhsil və əyləncə parkı olan Kinderland sanki kiçik bir Bakıya bənzəyir. Burada, uşaqlara, oyun fəaliyyətləri vasitəsilə öyrənmə bacarıqları təşviq olunur və bu bacarıqlar müxtəlif təcrübələr yolu ilə onlara daimi olaraq aşılanır. Kinderland uşaqların müxtəlif oyunlar oynayaraq və az da olsa gerçək həyatı burada, müxtəlif fəaliyyət sahələrində təcrübədən keçirərək öyrənmə bacarıqlarına yiyələnməsi üçün ideal bir məkandır.

Bu şəhərcikdə mövcud olan peşələr tərəfdaşlarımızın fəaliyyət sahələrinə uyğunlaşdırılıb. Burada 4-14 yaş arası uşaqlar 60-dan çox peşə təcrübəsi yaşamaq imkanına sahibdir.  Onlar həkim, yanğınsöndürən, alim, aktyordan tutmuş səyahət agentinə qədər müxtəlif peşələrin sahibi ola bilərlər. Bu layihəni Azərbaycandakı bütün uşaqlara təqdim etməkdən çox məmnunuq.