Otaqlararası yüngül arakəsmələrin, asma tavanların qurulmasında, divarların üzlənməsində və oddan qoruyucu konstruksiyalarda istifadə edilir. Eyni zamanda GKLN və GKLO lövhələrin xüsusiyyətlərinə malikdir.
Nəmə-odadavamlı KNAUF-lövhə (GKLNO) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan iki qatı olan xüsusi kartondan ibarətdir, özü də, xəttin yan kənarları kartonun kənarları (üz qatı) ilə bükülür.
Nəmə-odadavamlı KNAUF-lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK).
Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. Nəmə-odadavamlı KNAUF–lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm armaturlaşdırıcı (möhkəmləndirici) karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün ideal şəkildə uygun gəlir.
Adi GKLO və GKLN0dan kombinasiyalarının xüsusiyyətləri ilə fərqlənir.
Gipskarton nəmə və odadavamlı KNAUF–lövhələr (GKLNO) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.