Otaqlararası yüngül arakəsmələrin, asma tavanların qurulmasında, divarların üzlənməsində və oddan qoruyucu konstruksiyalarda istifadə edilir. Odadavamlılıq xüsusi əlavələr sayəsində təmin edilir.
Odadavamlı KNAUF-gipskarton lövhə (GKLO) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips özəyi olan iki qatı olan xüsusi kartondan ibarətdir, xəttin yan kənarları isə kartonun kənarları (üz qatı) ilə bükülür.
Odadavamlı KNAUF-gipskarton lövhələr (GKLO) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK).
Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. Odadavamlı KNAUF-gipskarton lövhənin (GKLO) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm armaturlaşdırıcı (möhkəmləndirici) karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün ideal şəkildə uygun gəlir.
Adi KNAUF-lövhələrdən özəyin materialına xüsusi armaturlaşdırıcı əlavələrin edilməsi ilə fərqlənir.
Odadavamlı KNAUF-gipskarton lövhələr (GKLO) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.