İstiqamətləndirici KNAUF - profil (DU)

İstiqamətləndirici KNAUF - profil (DU) KNAUF - lövhə (GKL, GKLN, GKLNO) əsasında otaqlararası arakəsmələrin karkasların qurulmasında, üzlüklərdə və digər konstruksiyalarda tətbiq edilir. Bir qayda olaraq, müvafiq ölçülu dayaq profilinin istiqamatləndirici elementi rolunu oynayır

MƏHSULUN KODU: DU

İstiqamətləndirici KNAUF - profil (DU)

KNAUF - lövhə (GKL, GKLN, GKLNO) əsasında otaqlararası arakəsmələrin karkasların qurulmasında, üzlüklərdə və digər konstruksiyalarda tətbiq edilir.

Ölçü / Kəsik 

  • 50x40x0,6
  • 75x40x0,6
  • 100x40x0,6

Standart uzunluq

  • 3000 (sifarişlə 2000-6000 qədər)

Qablaşdırma 

  • Polimer materialdan üzərinə lent çəkilmiş paket 

Çatdırılma

  • Paket, 36 m x 25 əd = 900 m

İstiqamətləndirici metal KNAUF–profil (DU) TŞ 1121-004-04001508-2003 texniki şərtinə uyğun olaraq soyuq yayma üsülü ilə müasir profiləymə dəzgahında yerinə yetirilən nazik polad lent şəklində uzunölçülü element olaraq hazırlanır.

Tətbiq sahəsi

İstiqamətləndirici metal KNAUF–profillər (DU) П–şəkilli formada olub dayaq profilləri üçün istiqamətləndirici element rolunu oynayır, həmçinin arakəsmə və üzlüklərin karkasları arasında bəndləmələrin qurulması üçün işlənir.

Məkanlararası arakəsmələrdə, üzllüklərdə və KNAUF–lövhə (GKL, GKLN, GKLNO) və Knauf–superlövhə əsaslı karkasların qurulmasında istifadə olunur. Bir qayda olaraq müvafiq ölçülü dayaq profilləri üçün istiqamətləndirici elementlər hesab olunurlar.

İstifadə prosesi

Tip–ölçü üzrə DC profilləri ilə cütlük şəklində quraşdırılır.

Tövsiyələr

Sinklənmış profillərin kəsilmə yerlərin korroziyadan əlavə müdafiəyə ehtiyacı yoxdur.

Üstünlükləri 

  • İstiqamətləndirici metal KNAUF–profillər bunların divarında dübellərin qoyulması üçün 8 mm-lik hazır deşiklərlə istehsal olunur ki, bu da profilin daşıyıcı özülə bərkidilməsi prosesini asanlaşdırır.
  • Zərurət yarandıqda burğunun köməyi ilə dübellər üçün əlavə deşiklər açmaq olar.
  • Müxtəlif konstruksiyaların quraşdırılması prosesində, DU KNAUF–profilin (40 mm) rəfinin artırılmış eni bərkidici şurupların yığılmasını xeyli yüngülləşdirir.
  • KNAUF–profil bütünlüklə qalınlığı 0,6 mm-dən az olmayan yüksək keyfiyyətli poladdan hazırlanır və bununla da digər istehsalçıların profillərindən öz davamlılıq gösrətəricilərinə görə yaxşı mənada fərqlənir.

MƏHSULUN KODU: