Tavan KNAUF-profili (TC)

KNAUF - tavan profili (TC) KNAUF - lövhə (GKL, GKLN, GKLNO) əsasında asma tavanların karkaslarının qurulmasında, üzlüklərdə və digər konsturksiyalarda tətbiq edilir. Bir qayda olaraq, müvafiq ölçülü istiqamətləndirici tavan profili ilə birlikdə istifadə olunur.

MƏHSULUN KODU: TC

KNAUF - tavan profili (TC)

KNAUF - lövhə (GKL, GKLN, GKLNO) əsasında asma tavanların karkaslarının qurulmasında, üzlüklərdə və digər konsturksiyalarda tətbiq edilir. Bir qayda olaraq, müvafiq ölçülü istiqamətləndirici tavan profili ilə birlikdə istifadə olunur. 

Ölçü / Kəsik 

  •  60x27x0,6

Standart uzunluq

  •  3000-4000 (sifarişlə 2000-6000 qədər)

Qablaşdırma 

  •  Polimer materialdan üzərinə lent çəkilmiş paket 

Çatdırılma

  •  Paket, 36 m x 25 əd = 900 m

Tavan metal KNAUF–profil (TC) TŞ 1121-004-04001508-2003 texniki şərtinə uyğun olaraq soyuq yayma üsülü ilə müasir profiləymə dəzgahında yerinə yetirilən nazik polad lent şəklində uzunölçülü element olaraq hazırlanır.

Tətbiq sahəsi

C–şəkilli tavan metal KNAUF-profil asma tavan karkaslarının və divar üzlüklərinin formalaşdırılması üçün nəzərdə tutulmuşdur. KNAUF–lövhə (GKL, GKLN, GKLNO) və Knauf–superlövhə əsaslı asma tavanların, üzlüklərin və digər konstruksiyaların karkaslarının qurulmasında istifadə olunur.

Tətbiq prosesi

Adətən eyni tip-ölçülü istiqamətləndirici tavan profilləri ilə birgə istifadə edilir

Tövsiyələr

TC profilinin daşıyıcı özülə bərkidilməsi xüsusi asqıların köməyi ilə həyata keçirilir ki, bunların da arasında əsasları birbaşa asqı və yaylı asqıdır.

Üstünlüklər

  •  Profilin rəf və divarlarının hərəsinin üç bükükləri var ki, bunlar da ona əlavə sərtlik gətirir.
  •  Profilin geniş (60 mm) divarı gipskarton lövhələrin bərkidilməsi üçün əlverişli özül təşkil edir.
  •  Asma tavan komplektinə daxil xüsusi birləşdiricilərdən istifadə etməklə TC metal KNAUF-profil tələb olunan konstruksiya karkasının quraşdırılmasını minimal zaman itkisi ilə həyata keçirməyə imkan verir.