KNAUF Rotband Universal gips suvağı

KNAUF Rotband Universal gips suvağı Hamam və vanna otaqları daxil olmaqla, normal rütubət rejimli tikililərin daxilində adi sərt özüllü tavan və divarların əl ilə yüksək keyfiyyətli suvaqlanması üçündür. 

MƏHSULUN KODU: KNAUF Rotband Universal

KNAUF Rotband Universal gips suvağı

Hamam və vanna otaqları daxil olmaqla, normal rütubət rejimli tikililərin daxilində adi sərt özüllü tavan və divarların əl ilə yüksək keyfiyyətli suvaqlanması üçündür. 

Sərfi, kq / m²

  •  Təqribən 8,5 (qatın qalınlığı 10 mm)

Qablaşdırma

  •  Paket kağız kisə, 30 kq

Yüksək adgeziyanı təmin edən polimer əlavəli gops əsaslı universal quru suvaq qarışığıdır.

Gips əsaslı quru qarışıqlar ağdan-boza və hətta çəhrayıyadək müxtəlif rənglərdə ola bilərlər. Bu, gips daşında təbii aşqarların mövcudluğu ilə əlaqədardır.

Qarışığın rəngi onun xüsusiyyətlərinə qətiyyən təsir etmir.

Tətbiq sahəsi

  •  Adi sərt özüllü, misal üçün, beton, kərpic, sement suvağı tavan və divarların, eləcə də penopolistrol səthlərin yüksək keyfiyyətlə suvaqlanması üçün nəzərdə tutulur.
  •  Hamar beton tavan və divar səthləri üçün xüsusilə tövsiyə edilir.
  •  Normal rütubətli məkanların bəzək-tamamlanmasında, eləcə də, mətbəx və hamam otaqlarında istifadə etmək olar.

Üstünlükləri

  •  KNAUF-Rotband gips suvağı əlavə məcunlanmaya ehtiyacı olmayan hamar səth alınmasını təmin edir.
  •  Hətta qalın qat kimi vurulduqda da çatlamır.
  •  KNAUF-Rotband gips suvağına çəkilən məsrəf ənənəvi sement-qum suvaq qarışıqlarına çəkilən xərcə nisbətən 2 dəfə azdır.
  •  Bir nametə əvvəlcədən çiləmədən 50 mm-dək qalınlığı olan suvaq qatı çəkilə bilər. Zərurət olduqda iki dəfəyə daha qalın qatların çəkilməsi mümkündür.
  •  Materialın universallığı – eyni vaxtda suvaqlama, dekorativ elementlərin hazırlanması, təmir və bərpa işləri.
  •  Yüksək susaxlama qabiliyyəti – məhlul qarışığı hətta məsaməli, nəmi yaxşı hopduran səthlərdə və yüksək temperatur zamanı da qatlara ayrılır və tam susuzlaşmır.
  •  Otaqdakı rütubət rejimini nizamlayır – “nəfəs alaraq” otaqda əlverişli mikroiqlim yaradır.
  •  Material ekoloji təmiz təbii mineraldan (gipsdən) hazırlanır və tərkibində insanların sağlamlığı üçün zərərli maddələr yoxdur.

MƏHSULUN KODU: