KNAUF MP 75 maşın üsulu ilə çəkilən gips suvağı

KNAUF MP 75 maşın üsulu ilə çəkilən gips suvağı  Hamam və vanna otaqları daxil olmaqla, normal rütubətli rejimli tikililərin daxilində adi sərt özüllü divarların və tavanların maşın üsulu ilə yüksək keyfiyyətli suvaqlanması üçündür. 

MƏHSULUN KODU: KNAUF MP 75

KNAUF MP 75 maşın üsulu ilə çəkilən gips suvağı 

Hamam və vanna otaqları daxil olmaqla, normal rütubətli rejimli tikililərin daxilində adi sərt özüllü divarların və tavanların maşın üsulu ilə yüksək keyfiyyətli suvaqlanması üçündür. 

Sərfi, kq / m²

  •  Təqribən 10 (qatın qalınlığı 10 mm)

Qablaşdırma

  •  Paket kağız kisə, 30 kq

Gips əsaslı, polimer əlavəli yüksək adgeziyalı quru suvaq qarışığı.

Quru gips qarışıqlar ağdan-boza və hətta çəhrayıyadək müxtəlif rənglərdə ola bilərlər. Bu, gips daşında təbii aşqarların mövcudluğu ilə izah olunur.

Qarışığın rəngi onun xüsusiyyətlərinə qətiyyən təsir etmir.

Tətbiq sahəsi

  •  Məkan daxilində divar və tavanların, məsələn, PFT G5, PFT G4, PFT Monojet suvaq maşınlarının köməyi ilə yüksək keyfiyyətlə suvaqlanması üçün nəzərdə tutulub.
  •  Bütün adi sərt özüllərə (kərpic hörgü, sement suvaq, beton və s.) çəkilir.

Üstünlükləri 

  •  İşlərin yüksək məhsuldarlığı - əllə suvaqlanma ilə müqayisədə 3-4 dəfə yüksəkdir.
  •  KNAUF-MP 75 gips suvağı əlavə emala ehtiyacı olmayan hamar səthin alınmasını təmin edir.
  •  Hətta qalın qat kimi vurulduqda da çatlamır.
  •  KNAUF-MP 75 gips suvağına çəkilən məsrəf ənənəvi sement-qum suvaq qarışıqlarına çəkilən xərcə nisbətən 2 dəfə azdır.
  •  Əvvəlcədən çiləmə olmadan bir dəfəyə 50 mm-dək qalınlığı olan suvaq qatını çəkmək olar. Zərurət olduqda iki dəfəyə daha qalın qatların çəkilməsi mümkündür.
  •  Materialın universallığı – eyni zamanda suvaqlama, dekorativ elementlərin hazırlanması, təmir və bərpa işləri.
  •  Yüksək susaxlama qabiliyyəti – məhlul qarışığı hətta məsaməli, nəmi yaxşı hopduran əsaslarda və yüksək temperatur zamanı da qatlara ayrılır və susuz olmur.
  •  Otaqdakı rütubət rejimini nizamlayır – “nəfəs alaraq” otaqda əlverişli mikroiqlim yaradır.
  •  Material ekoloji təmiz təbii mineraldan (gipsdən) hazırlanır və tərkibində insanların sağlamlığı üçün zərərli maddələr yoxdur.

MƏHSULUN KODU: