KNAUF - lövhə (GKL, GKLN, GKLNO) əsasında asma tavanların karkaslarının qurulmasında, üzlüklərdə və digər konsturksiyalarda tətbiq edilir. Bir qayda olaraq, müvafiq ölçülü istiqamətləndirici tavan profili ilə birlikdə istifadə olunur.
Tavan metal KNAUF–profil (TC) TŞ 1121-004-04001508-2003 texniki şərtinə uyğun olaraq soyuq yayma üsülü ilə müasir profiləymə dəzgahında yerinə yetirilən nazik polad lent şəklində uzunölçülü element olaraq hazırlanır.
C–şəkilli tavan metal KNAUF-profil asma tavan karkaslarının və divar üzlüklərinin formalaşdırılması üçün nəzərdə tutulmuşdur. KNAUF–lövhə (GKL, GKLN, GKLNO) və Knauf–superlövhə əsaslı asma tavanların, üzlüklərin və digər konstruksiyaların karkaslarının qurulmasında istifadə olunur.
Adətən eyni tip-ölçülü istiqamətləndirici tavan profilləri ilə birgə istifadə edilir
TC profilinin daşıyıcı özülə bərkidilməsi xüsusi asqıların köməyi ilə həyata keçirilir ki, bunların da arasında əsasları birbaşa asqı və yaylı asqıdır.