Bir çox peşəkar dizaynerlər işığın interyerin dili olduğu barədə israrlıdırlar. İşıq formanı, məkanı, fakturanı, rəngi hiss etməyə imkan verir. İşıqlandırma memarlıq nümunələrinə müxtəlif təsir edir. Belə ki, onu daha yaxşı hala sala, təhrif və ya məhv edə bilər.
İstənilən məkanın interyer dizaynı buranın ev, mənzil və yaxud gözəllik salonu olmasından asılı olmayaraq bir çox hallarda işıqlandırmadan asılıdır. İşıq müxtəlif çalarlar yarada, məkanı sirli, cansıxıcı, rahatladan, sakit və gümrah abu-havada edə bilər.
Bundan əlavə, yaxşı təşkil edilmiş işıqlandırmanın köməkliyi ilə interyeri işgüzar, təcrid olunmuş, bayram və s. əhval-ruhiyyəli etmək mümkündür.
Müasir interyer çoxfunksiyalıdır və bu səbəbdən də işıqlandırmada çöxyönlülük böyük əhəmiyyətə malikdir. İnteryer dizaynı bir çox hallarda mənzilin düzgün planlaşdırılmaması səbəbindən təbii işıqlandırma zamanı meydana çıxan çatışmazlıqları aradan qaldırmağa kömək edir. Bu cür problemləri süni işıqlandırma sayəsində həll etmək mümkündür. Məkan günəş işığı ilə kifayət qədər təmin olunmursa böyük lampalardan istifadə edərək parlaqlığa nail olmaq olar. Bu lampalar tamamilə müxtəlif və qeyri-adi formalarda mövcuddur və təbii işıqlandırmanı əvəz edə bilər.
Süni işıqlandırmadan istifadə edən dizaynerlərin fantaziyaları sərhəd tanımır. Bunun da sayəsində o qədər maraqlı və orijinal nümunələr yaradılır ki, heyrətlənməmək mümkün deyil. Bu əsl peşəkarların işi öz əllərinə aldıqları anlara aiddir.
Bir çox hallarda dizaynerlər eyni anda bir neçə işıqlandırma qrupunu kombinasiya etməyə üstünlük verirlər. Əgər müştəri məhz bu variantı seçirsə konkret vəziyyətə uyğun gələn işıq qrupu aktiv rol oynayır. Bu halda divar perimetrik işıqla işıqlandırıla bilər. Adətən bu nöqtəvari işıqlandırmadır.
Divar işıqlandırması çox vaxt mərkəzi işıq rolunu oynayır. Bu, məsələn, divar lampaları ola bilər. Mütəxəssislər kontrastlı işıq effekti əldə etmək üçün halogen lampalardan istifadə edirlər. Tavan və döşəmə müxtəlif səviyyələrə malik olduqları halda, effektin gücləndirilməsi üçün paralel işıqlandırmadan, daha dəqiq desək, neon işıqlardan istifadə olunur.
İnteryerdə işıqlandırmanın təşkili məkana sevinc, rahatlıq, istilik, özünəməxsusluq, zövq, orijinallıq bəxş etmək iqtidarındadır və ev sahiblərinin, onların qonaqlarının qəlblərini fəth edir.
İşıqdan istifadə edərək hər hansı bir məkanı müxtəlif bölgələrə ayırmaq mümkündür. Bu bölgü üçün nəzərdə tutulmuş əsas işıqlandırma növləri mövcuddur. Bir çox hallarda dizaynerlər məkanı sözün əsl mənasında işıqla düzgün zonalara ayırmaq üçün eyni bir otaqda fərqli növdə olan lampalardan istifadə etməyi məsləhət görürlər. Yuxarı işıqlandırma vacib elementlərdən biri hesab olunur.Belə ki, bəzən elə hallar yaranır ki, bu zaman mərkəzi işıq mənbəyi olmadan keçinmək tamamilə mümkünsüz olur. Əksər hallarda bu tələbə mətbəx və qonaq otağında riayət etmək lazımdır.
Nöqtəvari işıqlandırma mənbələri müxtəlif növlərə bölünür və onlar olmadan işıqla bölgələrə ayırmaq mümkün deyildir. Burada söhbət stolüstü lampa, döşəmə lampaları, spot işıqlar, divar lampaları kimi işıqlandırma vasitələrindən gedir. Bu işıqlandırma nümunələri ehtiyac olduğu zaman otağın hər hansı bir konkret bölgəsini vurğulamağa imkan verir. Məsələn, bütün ailənin birgə naharı zamanı konkret olaraq masaya istiqamətlənmiş lampa və yaxud divar lampaları işinizə yaraya bilər. Otağın geridə qalan hissəsi isə qaranlıq olacaq. Mətbəxdə isə məhz yemək hazırlandığı bölgəni parlaq şəkildə işıqlandıran lampalar köməyinizə çatacaq.
Dəqiq düşünülmüş və düzgün işıq bölgüsü gözəllik, rasionnallıq və rahatlığın vəhdətinə üstünlük verənlər üçün mükəmməl seçimdir. Peşəkar interyer dizayneri İrina Romanova işıqla məkanın bölgələrə ayrılması üzrə müxtəlif variantlar təklif edir. Onun xidmətlərindən yararlanaraq, işıqlandırma və onun məkanın ümumi interyeri ilə vəhdəti barədə heç bir problem yaşamayacaqsınız.
Hazırda bazarda təklif olunan işıqlandırma vasitələri istənilən məkanda asanlıqla xüsusi və qeyri-adi interyer yaratmağa imkan verir. İşıqlandırmanın nə lap çox, nə də lap az deyil, qədərində olmalı olduğunu anlamaq vacibdir. Belə ki, həddindən artıq işıqlandırma ev sahibinin vəziyyətinə mənfi təsri edə bilər. Qısası, az işıqlandırma da həmçinin əhval-ruhiyyəni yüksəltməyəcək. Məlumdur ki, işıqlandırma insanın əhval-ruhiyyəsinə böyük təsir edən əsas mənbələrdən biridir. Məhz bu səbəbdən interyerin müxtəlif detallarına düzgün və səlis şəkildə yanaşmaq çox vacibdir.
İnteryerdə minimalizm tərzi
İnteryerdə minimalizm tərzi təmkinlik və ciddilik ilə xarakterizə olunan dizayndır.
Ətraflı